Xəbər lenti

Goranboyda "Müstəqil Azərbaycan yaşadıqca Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq" adlı tədbir keçirilib - Fotolar

Tarix: 08-05-2024 23:46     Baxış: 1 561

Xalqımızın tarixində göstərdiyi misilsiz xidmətlərinə görə Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi daim əziz tutularaq hər kəsin qəlbində sanki bir abidə ucaldıb. Odur ki, hər bir azərbaycanlı bu dahi şəxsiyyətin ruhu qarşısında öz mənəvi borcunu yerinə yetirməyə çalışır. Bu mənada sənətkarlarımız Heydər Əliyevə həsr olunan dəyərli əsərlər yaradırlar ki, bunların da qiymətini tarix verir və Dövlətimiz də dəyərləndirir.

Mubarizciler.az xəbər verir ki,  Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsilsektorunun Goranboy Şəhər 2 nömrəli tam orta məktəbində  Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycan yaşadıqca Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq" adlı tədbir keçirilib.

Keçirilən tədbirlərdə Goranboy Rayon İcra Hakimiyyəti Başçısının müavini Mirvari Ağamalıyeva, YAP Goranboy RayonTəşkilatının sədri Samir Qocayev, Təhsil Sektorunun nümayəndəsi Bəxtiyar Qurbanov, məktəbin pedaqoji kollektivi və şagirdləri iştrak etmişdir.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirildi. Sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktor vəzifəsini icra edən İlhamə Qasımova çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk dövründə Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji əsaslarını dəqiq müəyyənləşdirib. O, Heydər Əliyevin mənalı ömür yolundan, ən əsası Təhsil sahəsinə  vermiş olduğu dəyərdən, dahi rəhbərin hakimiyyətdə olduğu illərdə təhsil işçilərinə fəxri adların, orden və medalların, mükafatların verilməsi, onların adlarının əbədiləşdirilməsi sahəsindəki fəaliyyətindən də söz açdı. 

Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva çıxışında dedi ki, Ümummilli liderin müdrik siyasəti ilə əsrlər boyu formalaşan Azərbaycanın çoxmədəniyyətlilik ənənəsi bu gün də yaşayır və inkişaf etdirilir. Dahi öndərin milli mədəniyyətimizin, təhsil, səhiyyə və digər sahələrdə ki, inkişafında xidmətləri ölçüyəgəlməzdir. Dahi liderin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq qeyd etdi ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir: “Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq, ölkəsini tənəzzüldən çıxarıb və tərəqqiyə qovuşdurub. Dövrün bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində o, tarixi hadisələrin gedişini irəlicədən görə bilib, Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca mühüm önəm daşıyan qərarlar qəbul edilən zaman düzgün mövqe tutub, qətiyyətlə hərəkət edib. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji onun bəyanat və çıxışlarında, qərarlarında, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirib”.

YAP Goranboy RayonTəşkilatının sədri Samir Qocayev çıxış edərək vurğuladı ki, Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Onun hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərib, özünüdərki və soykökə qayıdışı təmin edib, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilib.

Tədbirin bədii hissəsi məktəblilərin ifasında  musiqi nömrələri və kompazisyalar davam etdirildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar