Goranboyda cüdo arenasında Beynəlxalq turnir keçirildi - FOTO
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun, Azərbaycan Cüdo Federasiyası və Goranboy Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı, Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi ilə Goranboy Olimpiya İdman Kompleksinin cüdo arenasında Beynəlxalq turnir keçirildi.
Mubarizciler.az xəbər verir ki, Turnirdə Azərbaycan, Almaniya, Sloveniya və Qazaxstan komandalarından 600-ə yaxın cüdoçu müxtəlif çəki dərəcələri üzrə iştirak edərək öz güclərini sınadılar.
Mərasim Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyev və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsiylə açıq elan edildi.
Tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Goranboy rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Seymur Nazarov və digər fəxri qonaqlar iştirak etdilər. Çıxış edən natiqlər ölkəmizdə atılan bütün uğurlu addımlar, idman sahəsində aparılan uğurlu siyasət və inkişaf barədə tədbir iştirakçılarına geniş məlumat verdilər. Azərbaycan bütün dünya dövlətləri arasında idman ölkəsi kimi tanınır və bütün idman növlərinin inkişafı üçün lazımı işlər görüldüyünü, şəraitin yaradıldığını dilə gətirdilər. Bu sürətli inkişafın Ölkə Başçısı cənab İlham Əliyevin bütün sahələrlə yanaşı idman sahəsinədə göstərmiş olduğu diqqət və qayğısından irəli gəldiyini diqqətə çatdırdılar.
Yarışda rayon idman klubları, UGİM-lər, dəvət olunmuş ölkə, klub komandaları iştirak etdilər. Tədbirin sonunda hər çəki dərəcəsi üzrə I, II, III yerləri tutmuş idmançılar təşkilat komitəsinin diplom və medalları ilə mükafatlandırıldılar.
(gununxeberi.az)
Xəbəri paylaş