Xəbər lenti

Goranboyda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Tarix: 08-05-2024 18:11     Baxış: 959

YAP Goranboy rayon təşkilatı ərazi partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir.

Mubarizciler.az xəbər verir ki,  07 may 2024-cü il taixdə YAP Goranboy rayon təşkilatının Qazançı ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilmişdir.

İlk öncə Partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş nitqi ilə açan YAP Goranboy rayon təşkilatı Qazançı ərazi partiya təşkilatının sədri Gilas Hüseynova bildirdi ki, Ulu Öndərin zəngin siyasi irsindən, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizədən danışıb. Bildirib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Bu gün müasir Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edərək zirvələr fəth edir

Tədbirdə məktəb şagirdləri Ulu öndər Heydər Əliyevə, Vətənə, Dövlət Bayrağımıza həsr olunmuş şeirlər səsləndirdilər.

Daha sonra YAP üzvu Zöhrab Vəliyev Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib və onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. O, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara imza atdığını söyləyib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar