Xəbər lenti

Goranboyda İcra Başçısı Region Aqroparkda oldu - FOTO

Tarix: 08-05-2024 12:11     Baxış: 1 372

Goranboy rayonunda  2018-ci ildə, 4,7 min ha  ərazidə yaradılmış  Aqroparkda 2,0 min ha  “pivot” və meyvə bağları üçün “damcılama” suvarma sistemləri quraşdırılmış, 11 km-lik avtomobil yolu, “Şəmkir Maşın” kanalından 12,1 km-lik su kəməri, 400 min kub metrlik 2 ədəd su anbarı, 18 min tonluq taxıl anbarı, toxum- paketləmə zavodu, inzibati və yardımçı binalar inşa edilmiş, 64 ədəd texnika alınmışdır. Hazırda, Aqroparkın ərazisində  2100 ha  taxıl və 370 ha qarğıdalı əkilmiş, 96 ha  yeni meyvə bağları salınmışdır və 250  nəfərdən artıq işlə təmin edilmişdir. Mubarizciler.az xəbər verir ki,  Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Aqroparkda oldu,  burada mövcud vəziyyətlə maraqlandı. Aqroparkda   əkin sahələrinin suvarılmasının təmin olunması sahəsində müəyyən çatışmazlıqların aradan qaldırılması ilə bağlı,  Aqroparkın icraçı direktoru ilə müzakirələr aparıldı. Bu  istiqamətdə, mövcud su ehtiyyatlarından və alternativ su mənbələrindən səmərəli istifadə olunması məqsədi ilə rayon suvarma sistemləri idarəsinə tapşırıq və tövsiyyələr verildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar