Xəbər lenti
25-07-2026, 19:27
 

Elçin Rzayev vətəndaşların müraciətini dinlədi - Foto

Tarix: 08-05-2024 00:44     Baxış: 1 057

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev mayın 7-də təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun Qaradonlu, Göhərli və Çahar kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirib. Mubarizciler.az xəbər verir ki,  Çahar kənd tam orta məktəbində təşkil olunan səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.

 Qəbul zamanı çıxış edən icra başçısı sakinləri salamlayaraq İmişli rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə onlara ətraflı məlumat verib. 

Sonra sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib. Sakinləri diqqətlə dinləyən icra başçısı tərəfindən İmişli RİH-nin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və icrası üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar