Xəbər lenti

Buraxılış imtahanlarında yüksək nəticə göstərmiş ucqar kənd məktəbinin şagirdi ilə görüş keçirilib - Foto

Tarix: 08-05-2024 00:07     Baxış: 1 050

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev buraxılış imtahanlarında yüksək nəticə göstərmiş ucqar kənd məktəbinin şagirdi ilə görüşüb. 

Göygöl rayonundan 30 km məsafədə yerləşən Toğanalı kənd tam orta məktəbin XI sinif şagirdi Türkan Abbasova buraxılış imtahanında Azərbaycan dili fənnindən 100% nəticə göstərib. Bununla yanaşı o, tarix fənnindən Respublika fənn olimpiadalarının final mərhələsində iştirak edərək III yerin qalibi olub.

Mubarizciler.az xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Toğanalı kənd tam orta məktəbin şagirdi Türkan Abbasova və  müəllim kollektivi ilə  məktəbdə görüş keçirmiş, kollektivi və fənn müəllimlərini bu yüksək nəticə ilə təbrik edərək, xoş arzularının çatdırmış və xatirə hədiyyələri təqdim etmişlər.  Görüşdə Göygöl rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər aidiyyəti şəxslər iştirak etmişlər. 

Qazanılan bu uğura görə Türkan Abbasovanı, onun valideynlərini və müəllimlərini təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar