Xəbər lenti

İsax Məmmədovun rəhbərliyi ilə Şəhid ailəsi ziyarət edilib - FOTOLAR

Tarix: 07-05-2024 23:19     Baxış: 1 071

İsax Məmmədovun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin Şəhidi Nicat Nəriman oğlu Nəsibovun ailəsi ziyarət edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə qazandı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya bir daha nümayiş etdirdi.

Mubarizciler.az xəbər verir ki, Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 günlük Zəfərlə başa çatan Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Goranboy rayon Borsunlu kənd sakini Şəhid Nəsibov Nicat Nəriman oğlunun ailəsini  Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə Baş Məsləhətçisi  İsax Məmmədov tərəfindən ziyarət edilib.

Görüşdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq qeyd olunub ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq və  bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır.

Dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır deyə bildirilmişdir.

30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi. 

Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz sonsuz minnətdarlığını bildirib.

Sonda Şəhid Nicat Nəsibovun ev muzeyinə xatirə hədiyyəsi təqdim edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar