Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

Elşad Qayımov 30 ildən sonra dəfn edildi - FOTO

Tarix: 07-05-2024 18:06     Baxış: 1 022

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Elşad Qayımov mayın 7-də dəfn olunub.

Mubarizciler.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, doğma yurdu Xaçmazda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, Qayımov Elşad Şirin oğlu 8 yanvar 1974-cü ildə Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb. Birinci Qarabağ müharibəsində Füzuli rayonunun yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 1994-cü ildə valideynlərinə Elşadın yaralandığı barədə məlumat verilib. Amma bütün hospitalları, xəstəxanaları axtarsalar da, ondan xəbər ala bilməyiblər. Sonradan şəhid olduğu müəyyənləşsə də, dəfn edildiyi yer barədə məlumat yox idi.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar