Xəbər lenti

Naftalanda qanvermə aksiyası keçirilib - FOTO

Tarix: 07-05-2024 17:59     Baxış: 1 162

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə TƏBİB-in tabeliyində olan Naftalan Şəhər Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib.

Humanist addım kimi mühüm əhəmiyyət daşıyan aksiyanın keçirilməsi irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədi daşıyır.

Mərkəzi Qan Bankının ixtisaslaşdırılmış tibb briqadasının həkim-hematoloqları tərəfindən qanvermənin faydaları barədə aksiya iştirakçılarına məlumat verilib. Hər bir donor tibbi müayinədən keçdikdən sonra, qan analizi götürülüb və aksiyaya qoşulmaları ilə bağlı rəy verilib.

Mubarizciler.az xəbər verir ki,  Aksiyada Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının sədri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları, könüllülər iştirak edərək ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək olublar.

Belə nəcib xeyriyyə aksiyalarının gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar