Xəbər lenti
18-11-2024, 12:06
 

İmişli Rayon Ağsaqqallar Şurası rus icmasının nümayəndələri ilə görüş keçirib - FOTO

Tarix: 07-05-2024 17:48     Baxış: 756

İmişli Rayon Ağsaqqallar Şurasının və YAP İmişli rayon təşkilatının birgə təşkilatçlığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev və tolerantlıq” adlı tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Tədbirdə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, Azərbaycan Rus İcması sədrinin birinci müavini, YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina, Azərbaycan Rus İcması sədrinin müavini Vitali Kovalyov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rus icmasının üzvləri və partiya fəalları iştirak ediblər. 

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi böyük ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan millətlərarası münasibətlərdən bəhs edib, ölkəmizdə tolerantlıq, multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bölgələrə səfərləri zamanı orada yaşayan slavyandilli xalqların problemləri ilə yaxından maraqlandığını diqqətə çatdırıb.

 Çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov bildirib ki, ölkəmizdə, həmçinin rayonumuzda azərbaycanlılarla birgə yaşayan digər millətlərin, o cümlədən rusların da milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə böyük qayğı göstərilir. İmişli RİH Başçısının birinci müavini Mirzə Quliyev qeyd edib ki, Azərbaycanda tolerantlığın bərqərar olunmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri misilsizdir və hazırda bu siyasət dövlətimizin başçısı tərəfindən davam etdirilir.

 Azərbaycan Rus İcması sədrinin birinci müavini, YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şəraitin yaradıldığını, azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etdiyini, dərin köklərə bağlı Azərbaycan-Rusiya dostluğunun bu gün də uğurla davam etdirildiyini bildirib. Digər çıxış edən icma üzvləri də hər cür qayğı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Tədbirin sonunda rus icmasının nümayəndələrinə sovqatlar hədiyyə edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar