Xəbər lenti

Goranboyda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirildi - FOTO

Tarix: 07-05-2024 16:35     Baxış: 581

YAP Goranboy rayon təşkilatı ərazi partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir.

Mubarizciler.az xəbər verir ki,  06 may 2024-cü il taixdə YAP Goranboy rayon təşkilatı Zeyvə ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirildi.

İlk öncə Partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş nitqi ilə açan YAP Goranboy rayon təşkilatı Zeyvə ərazi partiya təşkilatının sədri İnqilab Aslanov bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə, inkişafa apardı. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bugün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra çıxış edən YAP fəalı Lamiyə Abışova Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışaraq qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin bioqrafiyası dövlətimizin və xalqımızın ən şanlı tarixidir, zəfər salnaməsidir.Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara imza atdığını söylədi.Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, möhtəşəm nailiyyətlər qazanaraq tarix yazır.

 Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla və qürurla yad edirik.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar