Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

Goranboyda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd olunması məqsədilə rayon Heydər Əliyev mərkəzində rəsm sərgisi təşkil edilmişdir - FOTO

Tarix: 06-05-2024 20:39     Baxış: 1 505

YAP Goranboy rayon təşkilatı ərazi partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir.

Mubarizciler.az xəbər verir ki,  YAP Goranboy rayon Təşkilatı, rayon Mədəniyyət Ərazi Partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd olunması məqsədilə rayon Heydər Əliyev mərkəzində rəsm sərgisi təşkil edilmişdir.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbir iştrakçıları Goranboy rayon Heydər Əliyev Mərkəzində rayon Rəsm Qaleriyyası tərəfindən təşkil olunmuş rəsm sərgisi ilə tanış olmuş və mərkəzdə Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponat və fotostendlərə baxış keçirmişdir.

Sonra YAP Goranboy rayon təşkilatnın sədri Samir Qocayev Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışılıb. Bildirilib ki, Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarında ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Daha sonra çıxışçılar, YAP Goranboy rayon təşkilatının Mədəniyyət ərazi Partiya təşkilatının sədri Gündüz Hacıyev, Gəncə – Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mədəniyyət Sektorunun baş məsləhətçisi - İsax Məmmədov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar