Xəbər lenti

Rəşad Tağıyev Qasımova Səbinə Əfqan qızını qəbul edib - FOTO

Tarix: 06-05-2024 15:06     Baxış: 2 163

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Amerika Birləşmiş Ştatlarının LYNN Universitetinə tam təqaüdlə qəbul olunan Qarəcəmirli kənd sakini Qasımova Səbinə Əfqan qızını qəbul edib. 

Mubarizciler.az xəbər verir ki,  İcra başçısı qazandığı uğurlu nəticəyə görə Səbinə Qasımovanı təbrik edərək onun bu uğurlarında pay sahibi olan valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirib. 

Bu gün ölkəmizdə təhsilin inkişafının Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi deyən Rəşad Tağıyev qeyd edib ki, gənclərimizin təhsilli və savadlı yetişməsi, keyfiyyətli təhsilin onlar üçün əlçatan olması, istedadlı gənclərin dəstəklənməsi istiqamətində dövlətimiz tərəfindən çoxsaylı imkanlar yaradılmışdır.

İcra başçısı Səbinə və onun timsalında tələbə adını qazanan bütün məzunların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin, o cümlədən Şəmkir rayonunun sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb. 

Sonda Səbinə Qasımovaya RİH başçısının Fəxri Fərmanı və hədiyyə təqdim olunub, xatirə fotosu çəkilib. 

Səbinə Qasımova və valideynləri görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar