Şəmkir Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTO
Konfranslarda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müaviniBayram Yusifov, habelə rayon ağsaqqalları, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mubarizciler.az xəbər verir ki, iştirakçıları əvvəlcə Şəmkir Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda Azərbaycanın Dövlət Himni səsləndirilib və topaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçılarını salamlayan RİH başçısı Rəşad Tağıyev cəmiyyətimiz və dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilən ağsaqqalların Şəmkir rayonundakı xidmətlərindən bəhs edib, ağsaqqal məsləhətinə, ağsaqqal sözünə, öyüd-nəsihətinə hər birimizin, xüsusilə də gənclərimizin böyük ehtiyacı olduğunu vurğulayıb.
İcra başçısı ağsaqqalların bundan sonra da ölkəmizin, rayonumuzun ictimai-mədəni həyatında yaxından iştirak edəcəklərinə əmin olduğunu bildirərək, hesabat konfransının keçirilməsində hər kəsə uğurlar arzulayıb.
Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.
Bildirib ki, hesabat dövrü ərzində təşkilatlar aktual mövzularda bir sıra yığıncaqlar, görüşlər keçiriblər, gənclərlə maarifləndirici işlər aparıblar. Həmçinin Ağsaqqallar Şurasının üzvləri rayonda keçirilən bütün əhəmiyyətli toplantılarda, o cümlədən Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlərdə iştirak və çıxışlar ediblər. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini veriblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək bildirib ki, ölkəmizin tarixi məqamlarında hər zaman öndə olan ağsaqqallarımız bu il fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində də üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Respublika Ağsaqqallar Şurasının onminlərlə üzvü və xalqımız bir daha sübut etdi ki, Azərbaycanın alternativsiz Prezidenti qalib xalqın qalib Lideri cənab İlham Əliyevdir.
Çıxışlarda ki, qeyd olunub ki, xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə olan yüksək etimadı və sevgisi durmadan artır.
Çıxış edən digər natiqlər də rayon ağsaqqallarının fəaliyyətindən bəhs ediblər. Əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycan tərəqqisi naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Xəbəri paylaş