Xəbər lenti
26-09-2026, 12:29
 

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib - FOTO

Tarix: 04-05-2024 21:44     Baxış: 1 806

Mayın 3-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə  “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Seminar keçirilib.

Mubarizciler.az xəbər verir ki,  bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tədbirin əhəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə görülmüş işlər və həyata keçirilən tədbirlər, habelə işğaldan azad edilmiş torpaqların “Yaşıl enerji” zonası elan edilməsi və COP-29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin önəmi barədə məlumat verib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda mühazirə ilə çıxış edib.

Seminar zamanı iştirakçılar tərəfindən mövzu ilə bağlı verilmiş suallar cavablandırılmaqla geniş fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar