Xəbər lenti

Goranboyda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Yunan-Roma güləşi üzrə turnir keçirilib - FOTO

Tarix: 04-05-2024 20:50     Baxış: 483

Goranboyda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə silsilə tədbirlər davam etdirilir.

04.05.2024-cü il tarixdə YAP Goranboy rayon Təşkilatı, Goranboy rayonu üzrə Gənclər və İdman sektoru və rayon UGİŞM-in birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Yunan-Roma güləşi üzrə turnir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbir Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbirdə YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Musatayev, Goranboy rayonu üzrə gənclər və idman sektorunun müdiri Cəfər Verdiyev və digər natiqlər çıxış edərək turnir iştirakçılarına uğurlar diləmiş, Azərbaycanda bütün sahələrdə əldə olunmuş dinamik inkişafın fonunda son dövrlərdə idman sahəsi də tərəqqi yolunu yaşayır. Son illər ərzində qazanılan uğurların bundan sonra daha da artacağına əmin olduqlarını, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu turnirin miqyasının ildən-ilə genişləndiyini, idmançılarımızdan yüksək nəticələr gözlənildiyi iştirakçıların diqqətinə çatdırıblar. Qeyd olunub ki, şərəfli və mənalı ömür yolunu dövlətimizin tərəqqisinə və xalqımızın rifahına həsr edən Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Ölkəmizdə idmanın inkişafının əsası və beynəlxalq aləmdə əldə olunan uğurların təməli Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib.

Yarışda rayonun kiçikyaşlı və yeniyetmə idmançıları qüvvələrini sınayıblar. Gərgin mübarizə şəraitində keçən yarışların yekun nəticəsinə əsasən ilk üç yeri tutan güləşçilər müvafiq medal və diplomlarla mükafatlandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar