Xəbər lenti
26-09-2026, 12:29
 

Şirvanda “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib - FOTO

Tarix: 04-05-2024 00:36     Baxış: 1 008

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 12 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Təhsil şöbəsinin nümayəndələri, ŞPŞ-nin əməkdaşları, pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, Görüşün əvvəlində qonaqlar məktəbin həyətində COP29-la bağlı "yaşıl sinif" çərçivəsində keçirilən dərslərlə tanış olublar.

Akt zalında davam edən tədbirdə çıxış edən ŞPŞ-nin rəisi , polis polkovniki Fizuli Əhmədov şagirdlərə narkotik vasitələrin zərərlərindən danışıb. O, “ağ ölümün” qurbanına çevrilən gənclərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu bildirərək, bu bəlanın geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görüldüyünü, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunduqlarını qeyd edib.

Daha sonra çıxış edən digər iştirakçılar və təhsil ocağının rəhbərliyi keçirilən tədbirin mahiyyətindən danışaraq şagirdlərə dəyərli tövsiyələr veriblər və təşkilatçılığa görə şöbə əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar