Xəbər lenti

Samux rayonunda iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Tarix: 03-05-2024 16:54     Baxış: 812

2024-cü ilin yanvar-mart aylarında Samux rayonunda iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri.

Samux rayonunda iqtisadiyyatın əsas sahələrində 41383,2 min manatlıq məhsul və xidmətlər istehsal edilmişdir,  bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3681,5 min manat və ya 6,3 faiz çoxdur. Ümumi məhsul və xidmətlər buraxılışının əsas hissəsi (45,9 faiz) kənd təsərrüfatında istehsal olunmuş və  kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9 faiz azalmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalı 18985,6 min manat olmuşdur ki, bunun da 1087,2 min manatını bitkiçilik, 17898,4 min manatını isə heyvandarlıq məhsulları təşkil etmişdir.

2024-cü ilin məhsulu üçün 11691,8 hektar payızlıq bitkilərin səpini aparılmışdır. 2024-cü ilin məhsulu üçün 1512,0 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. 

    Təsərrüfatlarda 781,5 ton tərəvəz istehsal olunmuşdur ki, bunun da hamısı istixanalarda yetişdirilmişdir. 

1 aprel 2024-cü il tarixinə 24061 baş iribuynuzlu mal-qara, 124300 baş qoyun və keçilər mövcud olmuşdur. 

2024-cü ilin yanvar-mart aylarında sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 4,8 faiz azalaraq 6364,8 min manat olmuşdur.

Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən görülən təmir-tikinti işlərinin həcmi 6,1 faiz azalaraq 832,2 min manat olmuşdur. 

 Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 10,5 dəfə artaraq 5359,1 min manat olmuşdur.  

 Tikinti-quraşdırma işlərinin həcmi 5352,9 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 53,2 dəfə çox olmuşdur. 

 Nəqliyyat və anbar təsərrüfatı sahəsində mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə  nisbətən müqayisəli qiymətlərlə 0,4 faiz artaraq,  734,3  min manata çatmışdır.   

 2024-cü ilin yanvar-mart aylarında 1 rabitə müəssisəsi fəaliyyət göstərmişdir. Rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 31,3 faiz azalaraq 182,9 min manat olmuşdur. Hesabat dövründə telefon çəkilişi olmamış və sabit şəbəkə telefonlarının  sayı isə 7603 ədəd olmuşdur.

 2024-cü ilin yanvar-mart aylarında ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə məhsul buraxılışının həcmi 9762,7 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə  nisbətən 88,8 min manat  və ya müqayisəli qiymətlərlə 0,5 faiz  çox olmuşdur. Pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 1,4 faiz azalaraq 30508,4 min manat olmuşdur. 

Əhaliyə 9772,1 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə  nisbətən müqayisəli qiymətlərlə 5,8 faiz çox olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin 852,2  min manatını və ya 8,7 faizini məişət xidmətləri təşkil etmişdir. 

 Hesabat dövründə əhaliyə 1241,3 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,9 min manat və ya müqayisəli qiymətlərlə 6,7 faiz çox olmuşdur 

 2024-cü ilin fevral ayının  sonuna siyahı tərkibində olan işçilərin sayı 5701 nəfər və hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının məbləği  618,2 manat olmuşdur ki, bu da  əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz çox olmuşdur. 



 Samux Rayon Statistika İdarəsi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar