Xəbər lenti

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Sağlam gənclik naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda görüş keçirilib - FOTO

Tarix: 02-05-2024 19:09     Baxış: 2 345

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Sağlam gənclik naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Xucbala  kənd tam orta məktəbinin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Mubarizciler.az xəbər verir ki,  Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib. Şöbə rəisi qeyd edib ki, narkotik aludəçiliyi təkcə həmin şəxsin özü üçün deyil, eləcə də ailəsi və yaxınları üçün faciələrə səbəb olur. Bu gün narkomaniya insanların sağlamlığı ilə yanaşı, onların mənəvi dünyasına, bundan əlavə isə cəmiyyətin bir çox digər sahələrinə də sağalmaz yaralar vurur. 

Çıxışlarda erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən də söz açılıb.

Tədbirdə, həmçinin çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovniki Vüsal Rüstəmov daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verib, Polis Akademiyasında kursantlar üçün yaradılan şərait, təhsil ocağının tarixi və daxili işlər orqanlarında xidmət haqqında məktəblilərin suallarını dolğun şəkildə cavablandırıb.

Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar