Xəbər lenti

Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirildi - FOTO

Tarix: 02-05-2024 16:54     Baxış: 1 498

Goranboy rayon İcra Hakimiyyətində,  “ 2024-cü  ilin I rübü ərzində rayonun sosial-iqtisadi inkişafı, ictimai-siyasi və mədəni sahəsində  görülmüş işlər və bu sahədə verilmiş tapşırıqların icra vəziyyəti barədə”,   icra  başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə  Şuranın  növbəti iclası keçirildi. 

Mubarizciler.az xəbər verir ki, İclasda  Şuranın üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər. 

Şurada, Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının icra vəziyyəti,  “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı silsilə tədbirlərin təşkili, rayonun sosial-iqtisadi və ictimai siyasi həyatında əldə olunmuş nailiyyətlər,  qanunsuz tikintilərin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər, Şəhid ailələri və qazilərlə aparılan işlər,  Dövlət və Bələdiyyə mülkiyyətinə aid torpaqlardan istifadə vəziyyəti və  rayonun digər həlli vacib məsələləri geniş müzakirə edildi.  Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə əlavə Tədbirlər Planının  tərtib edilməsi, Tədbirlər Planına uyğun işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar