Xəbər lenti

Goranboyda sənədləri olmayan köşk və talvarlar söküldü - FOTO

Tarix: 02-05-2024 13:17     Baxış: 1 498

Goranboyda qanunsuz quraşdırılmış və heç bir huquq müəyyənedici sənədləri olmayan köşk və talvarlar söküldü.

Goranboy rayonununda heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin aparılması ilə bağlı müvafiq  araşdırmalar davam etdirilir.

 Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində   Qızılhacılı qəsəbəsi, Balakürd, Tap Qaraqoyunlu, Nadirkənd və Qaradağlı  kəndləri ərazilərində qanunsuz quraşdırılmış və heç bir hüquqmüəyyənedici sənədləri olmayan köşk və talvar   sökülmüşdür. Goranboy RİH  aidiyyəti dövlət qurumları ilə birgə, rayon ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar