Xəbər lenti

Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri; problem və təklifləri dinlənildi - FOTO

Tarix: 01-05-2024 19:03     Baxış: 805

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətində və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulları keçirilir, onların problem və müraciətləri dinlənilir.

 Mubarizciler.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin inzibati binasında,   rayon İcra Hakimiyyətinin  Başçısı və RİH-nin məsul əməkdaşlarının, xidmət sahələrinin rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndə və yerli bələdiyyələrin iştirakı ilə nöbvəti qəbul keçirildi. Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparıldı və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədmüvafiq hesab edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar