Xəbər lenti
26-09-2026, 12:29
 

Anar Məmmədov Goranboyda vətəndaşları qəbul etdi - Fotolar

Tarix: 01-05-2024 13:40     Baxış: 2 016

Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatı Anar Məmmədov Goranboy rayonunda vətəndaşları qəbul edib. 

Mubarizciler.az xəbər verir ki, Goranboy rayonu Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Goranboy rayon təşkilatının sədri, şəhid ailələri, qazilər, ağsaqqallar və ziyalılar iştirak edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Goranboy rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Vətəndaşların müraciətləri əsasən, qaz xəttinin çəkilişi, məhəllələrin abadlaşdırılması, həyətlərin işıqlandırılması, iş ilə təmin və s. məsələlərlə bağlı olub.

Milli Məclisin deputatı tərəfindən qəbul edilən sakinlərin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Rayon sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar