Xəbər lenti

İlham Əliyev: «Azərbaycanda media azadlığı tam təmin edilir»

Tarix: 01-05-2024 01:26     Baxış: 399

İlham Əliyev: «Azərbaycanda media azadlığı tam təmin edilir»

Hüquq-mühafizə orqanları bütün məsələləri araşdırır.

 Almaniyaya son vaxtlar səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib. Ötən ilin martında Berlində, iki ay əvvəl Münxendə Kansler ilə görüşdüyünü xatırladan dövlətimizin başçısı bildirib ki,  Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

 Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirən ölkə başçısı deyib ki, hər iki ölkənin xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşüb, növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atılır. 

Azərbaycanda media azadlığı təmin edildiyini diqqətə çatdıran ölkəmizin başçısı bildirib ki, Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Prezident deyib ki, ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. İlham Əliyev hüquq-mühafizəorqanlarının bütün məsələləri araşdırdığnı, xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələrinin  istintaq orqanları tərəfindən saxlanıldığını bildirib. Bütün bunların Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparıldığını deyən dövlətimizin başçısı bildirib ki, əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, Azərbaycanda media azad deyil. Azərbaycanın istənilən digər ölkə kimi öz media məkanını xarici neqativ təsirdən qoruduğunu xüsusi vurğulayan İlham Əliyev hər kəsin qanunlara əməl etməsinn vacibliyini ifadə edib. Qarabağda və Şərqi Zəngəzurda bərpa, yenidənqurma işlərinin maksimum şəffaf şəkildə aparıldığını diqqətə çatdıran ölkə başçısı deyib ki, ayrılan vəsaitlə bağlı, müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir və sirr deyil. Prezident bildirib ki, bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırılır və yatırılacaqdır. Azad olunmuş torpaqlara müntəzəm surətdə media turlarının təşkil edildiyini qeyd edən ölkəmizin başçısı, xarici media nümayəndələrinin də vəziyyətlə tanış olduğunu bildirib. Dövlət başçısı məlumat verib ki, müharibədən cəmi üç il yarım vaxt keçməsinə baxmayaraq, 6 min keçmiş məcburi köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. 


Təhmasib Rüstəmov 

YAP Qubadlı Rayon Təşkilatının sədri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar