Xəbər lenti
27-01-2026, 12:43
 

İcra Başçısı Medlife Hospitalda yaradılmış şəraitlə tanış oldu - Fotolar

Tarix: 22-04-2024 17:27     Baxış: 1 932

Goranboy şəhərində inşası başa çatmış ən müasir tibb müəssisəsi Medlife Hospital istifadəyə hazırdır.

Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Goranboy rayonunda da sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırmışdır. Bunun sayəsində son dövrlər rayonda özəl istehsal müəssisələri, orta və iri sahibkarlıq obyektləri fəaliyyətə başlamışdır. Bu istiqamətdə həyata  keçirilən əsaslı  tədbirlərin nəticəsidirki,  Goranboy şəhərində,  2023-cü ilin  mart ayında tikintisinə başlanmış,   inşasına ümumilikdə 15 milyon manat vəsait xərclənilmiş və ən müasir, yüksək keyfiyyətli  tibbi avadanlıqlarla  təhciz edilmiş  özəl tibb müəssisəsi - Medlife Hospital artıq istifadəyə hazırdır.  98 çarpayılıq Hospitalda ambulator, stasionar, cərrahiyyə, doğuş və təcili yardım şöbələri, o cümlədən ambulator şöbədə  ginekologiya, travmotologiya, lor, oftalmologiya, bütün laborator müayinələr, hər növ ultrasəs müayinələri və radiologiya xidmətləri fəaliyyəti və   200-dən çox şəxsin işlə təminatı  nəzərdə tutulmuşdur.

 Mubarizciler.az xəbər verir ki,  Goranbyoy rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə,  sahibkarlar günü ərəfəsində,  Medlife Hospitalda  oldu, Hospitalın fəaliyyəti ilə  yaxından maraqlandı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar