Xəbər lenti
22-09-2024, 20:46
 
22-09-2024, 20:43
 

Əli İbrahimov: Dönüb arxaya baxmaq, şagird olmaq və bir də 11 ildə keçirdiyim məktəb həyatını qaytarmaq istərdim - FOTO

Tarix: 05-02-2023 22:32     Baxış: 1 296

MƏKTƏB İLLƏRİ.

Əziz 4 saylı məktəb!


Həyata insan gəlir, bapbalaca bir insan. Bu balaca bir varlığın dünyaya gəlməsinə bütün qohum-əqrəba, nənə-baba, ata-ana sevinir. Bəli, həmin balaca insan yavaş-yavaş böyüyür, uşaqlıq illərinə qədəm qoyur. Ona cürbəcür oyuncaqlar alınır, onun əlindən tutub bağçaya aparırlar. Bu balaca insan öz uşaqlıq aləmini yaşayır. İllər keçir uşaq məktəb yaşına çatır, onu məktəbə aparırlar. Budur ilk zəng, cingiltili səsi ilə səslənən ilk zəng. Bu ilk zəngin səsi o dərəcədə təsirlidirki, hətta uşağını 1ci sinifə gətirən valideynlər də bu səsin təsirindən kövrəlirlər. Bəzilərinin göz yaşlarını görmək olur. Çünki onlar da haçansa bu zəngin səsi ilə doğma məktəbə qədəm qoyublar. Bəli, mənim əziz sinif yoldaşlarım və dostlarım. Artıq bizim üçün də bu ilk zəng arxada qalıb. Elə bilki biz bu zəngi bu yaxınlarda eşitmişdik, amma sən saydığını say, gör fələk nə sayır. Artıq 11 il gəlib keçib. Biz artıq son zəngə hazırlaşırıq. Haçansa biz şagird idik, indi isə məzunuq. Hərə bir sahədə iş fəaliyyətindədir. Son Zəng necə də təsirli səslənir. Biz bu zəngin səsini ilk dəfə eşidəndə bilmirdik ki, uşaq yaşlarından tutmuş gəncliyimizin ilk çağlarına qədər burada tərbiyə alacağıq. Müəllimlərin öyüd və nəsihətləri ilə böyüyəcək, həyatın mənasını anlamağa başlayacağıq. I sinifə gələndə qürur duyurduq, çünki özümüzü hamıdan ağıllı, hamıdan böyük hesab edirdik və hər şey bizim üçün çox asan gəlirdi. Lakin hələ bilmirdik ki, bu həyatın yolları necə də keşməkeşli, necə də işıqlı-qaranlıqdır...

Dönüb arxaya baxmaq, şagird olmaq və bir də 11 ildə keçirdiyim məktəb həyatını qaytarmaq istərdim...



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar