Xəbər lenti

Şanlı Aprel döyüşlərindən 8 il ötür

Tarix: 02-04-2024 01:23     Baxış: 840

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatına başladı. Mubarizciler.az xətırladır ki,  4 günlük savaş nəticəsində ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı.

Həmçinin Aprel döyüşləri 2020-ci ilin 27 sentyabrında başlanan Şanlı Vətən müharibəsindəki böyük qələbəmizə gedən yolda açar rolu oynadı. Aprel döyüşlərində düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük qələbəyə inamını və əzmini daha da artırdı. Aprel döyüşlərində qazanılan təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi!

Bu şanlı və tarixi qələbəni bizə bəxş edən bütün qəhrəman şəhidlərimizi dərin ehtiramla yad edirik!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar