Xəbər lenti

Azərbaycana yaz gəlir

Tarix: 18-03-2024 13:25     Baxış: 1 127

20 Mart saat 07:06-da Azərbaycana yaz fəsli daxil olacaq.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən şimal yarımkürəsində yaz fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 00:50-də baharı yay əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.

Həmin gün ən uzun gündüz və ən qısa gecə  olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar