Xəbər lenti

Bakını Goranboya gətirən Hospital

Tarix: 01-03-2024 18:40     Baxış: 12 887

Goranboy rayonunda fəaliyyət göstərən Med-life tibb mərkəzi qısa müddət ərzində tibbi xidmətləri ilə Goranboyda və qonşu rayonlarda sakinlərin rəğbətini qazanmışdır. 

Med-life tibb mərkəzinə ehtiyac gözləniləndən daha çox oldu. Məhz ona görə də tibb mərkəzinin təsisçisi həm əhalinin sağlamlığı, həm də yeni iş yerlərinin yaranması kimi mühüm işlərin görülməsini həyata keçirmək üçün Goranboy rayonunda Hospitalın inşa edilməsi qərarını vermişdir. Təbii ki, Hospital ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda sahibkarlara göstərdiyi diqqət və qayğıya, eləcə də yaradılan sağlam rəqabətə güvənərək, əmin olaraq tibb sahəsinə verdiyi böyük önəm nəzərə alınmaqla inşa olunmuşdur. Əhalinin sağlamlığının keşiyində durmağı, vicdanla xidmət göstərməyi özünün başlıca qayəsi edən Med-Life Hospitalın rəhbərliyi daim cənab İlham Əliyevin sahibkarlıqla bağlı Əmr, Sərancam, göstəriş, tapşırıq və tövsiyyələrinə sadiq qalmaqla Dövlətimizə, Xalqımıza laiqli vətəndaş kimi əzmlə çalışmağı qarşısına məqsəd qoymuşdur. Hər birimiz yaxşı bilirik ki,sahibkarlar ölkədə hər hansı bir iş görmək istəyərkən əvvəla görülən işdən götürəcəyi gəliri düşünməyə bilməz, Bizim üçün önəmlisi odur ki, sahibkarların yaratdıqları müəssisələr əhalinin işsizliyinin aradan qaldırılmasında istəristəməzmühüm rol oynayır. Ona görə də rayonumuzda Hospitalın inşası bütün goranboyluların sevincidir və hər birimizin uğuru kimi qiymətləndirilməlidir. Hələ Med-life tibb mərkəzi fəaliyyətə başlamazdan əvvəl də tibb sahəsinə tələb çox olduğu üçün sakinlər bununla bağlı digər rayonlara üz tutaraq zaman və xeyli vəsait sərf edirdilər. Artıq Goranboy əhalisi zamanlarına və əlavə xərclərinə qənaət edəcəklər. Rayonumuzda tibbin ən müasir avadanlıqları ilə bir çox sahələrdə xidmətlər göstərməklə sağlamlığımızın keşiyində duracaq Med-Life Hospitalın inşası təsisçinin qərar və istəyi ilə yanaşı həmçinin əhalinin duasının nəticəsidir. Ümumiyyətlə yol, təhsil müəssisəsi, körpü, xəstəxana, əhali üçün iş yerlərinin açılmasında rolu olan müəssisələr və.s inşa edənlər tarixən ən savab işlər görmüş hesab olunurlar. Med-Life Hospitalın inşası da bu qəbildən olan işlərdəndir.

Nəzərinizə çatdıraq ki, Med-Life Hospital tibb xidmətləri və digər sahələr üzrə işsizliyin aradan qaldırılmasında sakinlərə böyük dəstək olacaqdır.Hazırda dünyanın ən müasir tibbi avadanlıqları Bakı şəhərində xəstəxanalarda daha çox fəaliyyət göstərməkdədir. Dəqiqliyi və müasirliyi ilə seçilən avadanlıqlar-aparatlarla tibbin bir çox sahələrinin fəaliyyətinin olması, yəni, yuxarıda qeyd etdiyimiz kimi əhali sağlamlıqla bağlı digər rayonlara, şəhərlərə üz tutmayacağı üçün tibbi avadanlıq-aparatlar baxımından Med-Life Hospital sanki, Bakını Goranboya gətirəcəkdir.

Sonda isə Dövlətimizin başçısı cənab İlham Əliyevin ölkəmizdə sahibkarlıqla bağlı strategiyalarının rayonumuzda da sağlam, şəffaf, sahibkarlığa dəstək olmaqla həyata keçirilməsində müvafiq köməkliklərini göstərən Goranboy rayonunun rəhbər şəxslərinə minnətdarlığımızı bildiririk.

Goranboyumuz adına uğurlarınızın davamlı olması diləyi ilə

Hörmətlə!

 Səbinə Nəcəfova



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar