Xəbər lenti
25-07-2026, 19:27
 

AZAL-a yeni prezident təyin olundu - Sərəncam

Tarix: 22-02-2024 17:38     Baxış: 1 666

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb. 

Sərəncama əsasən, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Dövlət başçısının daha əvvəlki Sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad olunub.

Qeyd edək ki, Cahangir Əsgərov ötən ilin sentyabrında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Sərəncamla quruma yeni prezident təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası o vaxt birinci vitse-prezident olan Samir Rzayevə həvalə edilmişdi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar