Xəbər lenti

SON DƏQİQƏ: Kamil Zeynallıdan Xəbər var

Tarix: 21-02-2024 17:23     Baxış: 2 016

Bu gün səhər saatlarında Moskvanın “Domodedovo” hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı sərbəst buraxılıb. 

Mubarizciler.az APA-ya istinadən xəbər verir ki, o bu gün Bakıya geri qayıdacaq.

Bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.

Vəkilin sözlərinə görə, Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa vermişdi. Ona qarşı çox ağır ittiham irəli sürülmüşdü. Amma Rusiya humanitarlıq göstərdi və Azərbaycan dövlətinin təkidi ilə bu gün vətənə qayıdacaq.

Xatırladaq ki, K. Zeynallı Vətən müharibəsi başlayandan iki gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar