Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

Bu gün Samux rayonu inzibati vahidinin təşkil olunma günüdür

Tarix: 19-02-2024 00:12     Baxış: 1 456

Samux rayonu Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 18 fevral 1992-ci il tarixli 72 saylı qərarı ilə mərkəzi Səfərəliyev şəhər tipli qəsəbəsi olmaqla keçmiş Səfərəliyev rayonunun ərazisində təşkil edilmişdir. 

Mubarizciler.az xəbər verir ki,  Milli Şuranın 31 dekabr 1992-ci il tarixli qərarı ilə Səfərəliyev qəsəbəsinin adı dəyişdirilərək Nəbiağalı qəsəbəsi adlandırılmışdır.

 “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli Qanunu ilə Nəbiağalı qəsəbəsi və Kolayır kəndi birləşdirilərək Samux qəsəbəsi adlandırılmış və Samux qəsəbəsinə şəhər statusu verilmişdir.

Ərazisi 1455 kv.km-dir. Ondan 1082 kv.km. dövlət fond torpaqları, 82 kv.km. bələdiyyə, 133  km² xüsusi mülkiyyətdə olan torpaqlardır. Rayonda 708  km² kənd təsərrüfatına yararlı torpaq vardır.

Samux rayonunda 23 inzibati ərazi vahidliyi, 35 yaşayış məntəqəsi vardır. Bunlardan 1 şəhər, 5-sı qəsəbə və 29-u kənddir. 23 bələdiyyə fəaliyyət göstərir. 

Rayonun ərazisi Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Qax, Yevlax, Goranboy rayonları və Gürcüstan Respublikası ilə həmsərhəddir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar