Xəbər lenti

ŞAD XƏBƏR! Maaşlar bu tarixdən ARTIRILACAQ / AÇIQLAMA

Tarix: 06-02-2024 23:12     Baxış: 1 736

Maaşlar bu tarixdən Artırlacaq.

Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyaları ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, eləcə də istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Maaşların artırılması da gözlənilirmi? Bu artım nə qədər ola bilər? Təxminən hansı aydan artım qərarı qüvvəyə minə bilər.

Bu sualları Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a açıqlamasında cavablandırıb.

“Pensiyaların artırılması “Əmək pensiyalarının haqqında” qanuna əsasən həyata keçirilir. Belə ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiyalar hər il əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğunlaşdırılaraq artırılıb. 2023-cü ildə orta aylıq əməkhaqqı 11.2 faiz artdığına görə, biz pensiyalarda məhz bu məbləğdə artım müşahidə etdik. Eyni zamanda sosial müavinətlərdə də artım artıq reallaşıb. Çünki ehtiyac meyarı 270 manata çatdırılıb və ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması həm də ünvanlı sosial yardım və sosial yardım məbləğinin artmasına gətirib çıxarıb”.

Deputat bildirib ki, digər tərəfədn əməkhaqqı və pensiyalarla bağlı artımlar, o cümlədən minimum əməkhaqqı və minimum pensiya ilə bağlı artımlar Cənab Prezidentin sərəncamları ilə reallaşır.

“Maaş, pensiya kimi məsələlərdə artımlar büdcə paketində və qanunvericiliyin müəyyənləşdirilmiş meyarları ilə deyil, Cənab Prezidentin imzalanan sərəncamlar ilə reallaşır və bu baxımdan həmin istiqamətdə də yeni qərarlar qəbul edilən zaman daha ətraflı formada vətəndaşlara izahatlar təqdim olunur. Bu kontekstdən də bir məsələni qeyd etmək lazımdır ki, 2024-cü ilin dövlət büdcəsinin xərclərinin 70 faizi sosial istiqamətə yönəldilib”.

Vüqar Bayramov son olaraq vurğulayıb ki, 2024-cü ildə də sosial təminat tədbirləri prioritet olaraq qalacaq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar