Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Samux rayonunda 2024-cü ilin məhsulu üçün 11691.8 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır 0

Tarix: 10-01-2024 12:47     Baxış: 1 288


   Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir.

Aqrar elmin qarşısında duran əsas məsələ daha yüksək miqdarda məhsul istehsal etməklə əhalinin taxıl və taxıl məhsullarına olan tələbatının tam ödənilməsindən ibarətdir. Ona görə də taxılçılığın inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur.

  Taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı və səpin zamanı bu toxumlardan istifadə olunması böyük əhəmiyyət kəsb edir.    

  2024-cü  ilin  məhsulu  üçün rayon üzrə 14913,8  hektar  sahədə şum qaldırılmışdır. Dən və yaşıl yem üçün 11691,8 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır.

  Payızlıq taxıl səpininin 5218,4 hektar və ya 44,6 faizi buğda, 5516,9 hektar və ya 47,2 faizi dən üçün arpa, 956,5 hektar və ya 8,2 faizi yaşıl yem məqsədi ilə  əkilmişdir.

 Samux Rayon Statistika İdarəsi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar