Xəbər lenti

Milli Qəhrəman Səxavət Məhərrəmovun doğum günüdür 0

Tarix: 05-12-2023 10:07     Baxış: 5 754

5 dekabr Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Səxavət Məhərrəmovun doğum günüdür.

Mubarizciler.az xəbər verir ki, Səxavət Ələmdar oğlu Məhərrəmov 5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Şörəyel mahalında Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri Azərbaycanlıları buradan deportasiya edərkən Səxavət Məhərrəmovun ailəsi 11 dekarda 1988-ci il tarixində Gümrü-Dilican-Qazax yolu erməni seperatçı quldur dəstələri tərəfindən Dövlət səviyyəsində Azəri Türklərinin kecidinə bağlandigından,Qar-Axan dag silsiləsinin,Qar-Axac dağ aşırımını keçərək Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndinə köç etmiş, 21 dekabr 1988-ci ildə isə daha münasib, Gürcüstanın Caqareco rayonunun Düzəyrəm kəndinə pənah aparmışlar.Səxavət Məhərrəmov Düzəyrəm kənd orta məktəbində 6 ay təhsilini davam etdirmişdir.1989-cu ilin iyun ayının 22-də ailəsi ilə birlikdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində daimi məskunlaşmışlar. Səxavət 1991-cı ildə burada 106 saylı məktəbi bitirir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olur. O, şer yazardı, musiqiyə, şerə həvəsi sonsuz idi.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.


Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilib, burada büstü qoyulub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar