Xəbər lenti
28-11-2023, 22:47
 

Daxili Qoşunların şəhid hərbi qulluqçusu Ruslan Sadıqovun xatirəsi anılıb - FOTO

Tarix: 11-11-2023 12:04     Baxış: 8 309


Vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Ruslan Sadıqovun anım günü keçirilib. Mərasimdə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Şəki rayonunun Cəfərabad kəndində şəhidin məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb və ruhuna dualar oxunub. Çıxış edənlər Ruslan Sadıqovun keçdiyi şərəfli döyüş yolundan, Vətən müharibəsindəki rəşadətindən danışıblar. Həmçinin, polis əməkdaşları şəhidin anım günündə onun ailə üzvlərini ziyarət edib, qayğıları ilə maraqlanıblar. 

Qeyd edək ki, Ruslan Sadıqov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Çox oxunanlar