Xəbər lenti

Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib 0

Tarix: 10-11-2023 17:43     Baxış: 10 339


Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.

Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.

İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar