Xəbər lenti
10-09-2025, 09:44
 

Suraxanıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olundu - Fotolar 0

Tarix: 25-08-2023 15:13     Baxış: 1 610

Şuşanın Daşaltı kəndində aşkar olunan kütləvi məzarlıqda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilmiş itkin düşənlərdən biri - Birinci Qarabağ müharibəsi dövründə, 31 il əvvəl Daşaltı əməliyyatında şəhid olan Suraxanı rayon sakini - 1960-cı il təvəllüdlü hərbi qulluqçu Abdullayev Nurəli Hacıbaba oğlu dəfn olunub.

Mubarizciler.az xəbər verir ki, avqustun 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Nurəli Abdullayevin yaşamış olduğu və öz adını daşıyan Əmircan qəsəbəsi, N.Abdullayev küçəsindəki ünvanda vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhid Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əklil qoyulub.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, iştirak ediblər.

Qeyd edək ki, Əmircan qəsəbəsində böyüyüb boya-başa çatan Nurəli Abdullayev orta məktəbi bitirdikdən sonra 112 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirib. Quru Mayesiz Transformator zavodunda, Suraxanı ayaqqabı fabrikində işləyib. 1978-80-ci illərdə Tbilisidə hərbi xidmətdə olub.

1991-ci ildə erməni vəhşiliyinə nifrəti Nurəlinin də əyninə döyüşçü forması geyindirdi. Kərkicahanda, Goranboyda neçə - neçə döyüşlərdə iştirak etdi, vətənpərvərliyi ilə çox gənclərə nümunə oldu. O, hələ çox igidliklər göstərəcəkdi, amma tarixə qara ləkə kimi düşən “Daşaltı əməliyyatı”nda o da xəyanətin toruna düşərək, Vətən uğrunda canını fəda etdi.

















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar