Xəbər lenti
10-09-2025, 09:44
 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir 0

Tarix: 23-08-2023 13:32     Baxış: 1 309

Avqustun 23-də məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir. 

Mubarizciler.az-ın məlumatına görə, Test imtahanı mərhələsinə 353 namizəd dəvət edilib.

Bu mərhələdə hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilir. İmtahanın müddəti 120 dəqiqədir.

Test imtahanı mərhələsində təqdim edilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul ilk dəfə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar