Xəbər lenti

Bank BTB ASC-nin “Sənaye” filialı yeni ünvanda 0

Tarix: 09-08-2023 10:00     Baxış: 1 617


Bank BTB müştəriləri üçün xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini optimallaşdırmağa davam edir.

Belə ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Bank BTB-nin “Sənaye” filialının daha əlverişli ünvana köçürülməsi təmin edilmişdir. Hazırda, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi 51 ünvanında (Yasamal parkının qarşısında) fəaliyyət göstərən filial yüksək standartlara və vahid korporativ interyer dizaynına uyğun olaraq təchiz edilmiş, müştərilərə yüksək səviyyədə xidmət üçün hər bir şərait yaradılmışdır.

Mubarizciler.az-a verlən məlumata görə, Filialda müştərilər üçün kreditlər, kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, valyuta əməliyyatları daxil olmaqla bütün bank xidmətləri göstərilir. Filialın iş rejimi həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimidir.

Filialın açılış mərasimində Bank “BTB” ASC-nin İdarə Heyəti Sədrinin müavini Zaur Yusifov bildirib ki: “Bank BTB hər il olduğu kimi bu il də inkişaf strategiyasını uğurla davam etdirir. Əsas məqsədimiz filial şəbəkəmizi daha da optimallaşdırmaq, bankımızın məhsul və xidmətlərində müasir texnologiyaların tətbiqi ilə müştərilərimizə yüksək xidmət göstərməkdir”

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar