Xəbər lenti
Dünən, 15:45
 

Prezident Administrasiyasına yeni tapşırıq verilib 0

Tarix: 05-08-2023 13:19     Baxış: 2 632



Prezident Administrasiyasına yeni tapşırıq verilib.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Fərmana əsasən, Prezidentinin Administrasiyası iki ay müddətində “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bundan əlavə, Prezident Administrasiyası normativ hüquqi aktın layihəsinin hazırlanmasını, razılaşdırılmasını və normayaratma orqanına təqdim olunmasını təmin edən informasiya sisteminin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Nazirlər Kabineti isə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar