Xəbər lenti
25-07-2026, 19:27
 

Prezidentdən yeni icra başçısı - Təyinatı 0

Tarix: 05-08-2023 12:58     Baxış: 2 786

Azərbaycan Prezidenti İlham Əliyev Ordubad Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.

Mubarizciler.az  xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Qeyd edək ki, Rəcəb Rəhimli daha əvvəl Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri işləyib. O, siyasi elmlər üzrə fəlsəfə doktorudur. 

Xatırladaq ki, Prezidentin sərəncamı ilə Ordubadın keçmiş icra başçısı Elşad Novruz oğlu Məmmədov bu ilin martında vəzifəsindən azad edilmişdi. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar