Xəbər lenti

"Bank BTB" 2023-cü ilin birinci yarısını xalis mənfəət ilə başa vurub 0

Tarix: 24-07-2023 21:44     Baxış: 1 351


"Bank BTB" 2023-cü ilin birinci yarısını xalis mənfəət ilə başa vurub

"Bank BTB"nin  əməliyyat mənfəəti 12 dəfədən çox artıb

"Bank BTB" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 309 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 274 min manat xalis zərər ilə bağlamışdı. Bu il "Bank BTB"nin xalis mənfəəti faiz gəlirlərinin artmasından və xərclərinin azalmasından qaynaqlanır. 


FAİZ GƏLİRLƏRİ ARTIB


VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən


Marja.az xəbər verir ki, "Bank BTB"nin faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 9,8% artaraq 14 milyon 670 min manat, qeyri-faiz gəlirləri isə 19,1% azalaraq 2 milyon 186 manat təşkil edib.


2023-cü ilin birinci yarısında "Bank BTB" nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 16 milyon 856 manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 951 manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 905 min manat təşkil edib. Həmçinin, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olan 2 milyon 252 min manat mənfəətə əlavə edilib, nəticədə vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət 3 milyon 157 min manat təşkil edib. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklər üzrə 2 milyon 848 min manat xərc mənfəətin 309 min manata düşməsinə səbəb olub.


Qeyd edək ki, 2022-ci ilin ilin birinci yarısında "Bank BTB" nin cəmi əməliyyat gəlirləri 16 milyon 59 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 985 min manat, əməliyyat mənfəəti 74 min manat təşkil etmişdi. Bu il Bankın əməliyyat mənfəəti 12 dəfədən çox artıb. Bunun səbəbi Bankın əməliyyat gəlirlərinin artmasına qarşılıq əməliyyat xərclərinin azalmasıdır. 


2022-ci ilin ilin birinci yarısında "Bank BTB" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 274 min manat ayırdığından həmin dövrü zərər ilə bağlamışdı.


BANK BÖYÜYÜB


"Bank BTB"nin cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 7,6% artaraq 30 iyun 2023-cü il tarixində 381 milyon 214 min manat təşkil edib. Bankın xalis kredit portfeli (müştərilərə verilmiş kreditlər) 10% artaraq 262 milyon 149 min manata çatıb.


BANKDA MÜŞTƏRİLƏRİN DEPOZİTLƏRİ ARTIB


2023-cü ilin birinci yarısında ötən ilin sonu ilə müqayisədə "Bank BTB"də müştərilərin tələbli depozitləri 4 milyon 27 min manat artaraq 15 milyon 883 min manata, müştərilərin müddətli depozitləri isə 4 milyon 662 min manat artaraq 132 milyon 765 min manata yüksəlib.


30 İyun 2023-cü il tarixində "Bank BTB" 54 milyon 56 min manat məcmu kapitala malik olub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar