Goranboyda “Heydər Əliyev: nə qədərki Azərbaycan var, mən də varam.“ adlı elmi-praktik konfrans keçirildi - FOTO 0
Goranboyda “Heydər Əliyev: nə qədərki Azərbaycan var, mən də varam.“ adlı elmi-praktik konfrans keçirildi.
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, keçirilən silsilə tədbirlər çərçivəsində Goranboy rayon İcra Hakimiyyəti, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Goranboyda “Heydər Əliyev: nə qədərki Azərbaycan var, mən də varam.“ adlı elmi-praktik konfrans keçirildi.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, YAP idarə heyətinin və AMEA-nın müxbir üzvü Amin İsmayılov, YAP mərkəzi Aparatının əməkdaşı Ramil Mirzəyev və bir qrup YAP rayon fəalları iştirak etdilər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Goranboy şəhəri Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət etdilər. Sonra tədbir Olimpiya İdman Kompleksinin akt zalında davam etdirildi.
Konfransdan əvvəl Ümummilli Liderin və bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, Ümummilli Liderimizin xalqına həsr olunmuş mənalı ömür yoluna həsr olunmuş videoçarx izlənildi.
Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev və digər natiqlər bildirdilər ki, Heydər Əliyev-Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycanın Siyasi Dövlət İdarəçiliyi Sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının və milli özünüdərkin banisidir. O, Azərbaycan xalqının müasir dövlətçilik tarixində böyük yeniliklərə imza atmış Ümummilli Lider, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Böyük siyasi iradəyə və sarsılmaz əqidəyə malik olan Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Tədbirin sonunda, bir qrup YAP rayon fəallarına YAP rayon təşkilatının Fəxri Fərmanları və üzvülük vəsiqələri təqdim olundu.
Xəbəri paylaş