Xəbər lenti
18-11-2024, 12:06
 

23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günüdür 0

Tarix: 23-06-2023 18:36     Baxış: 2 520



Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən nəslə örnək olmaq mənəvi cəhətdən insanı zənginləşdirir.

Hər bir dövlət qulluqçusunun uğuru ümumilikdə dövlətimizin uğurudur. İstərdim ki, hər bir dövlət qulluqçusu dövlət qulluğuna qəbul olunarkən təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla içdiyi dövlət qulluqçusu andına daim sadiq qalsın, Azərbaycan dövlətinin onun qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirsin. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir.

Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".

Bu gün Goranboy rayonundakı abadlıq, quruculuq, insanların rifah halının yaxşılaşdırılmasına yönəlmiş bütün fəaliyyətlər ilk növbədə rayonun dövlət qulluğunda çalışan nümayəndələrinin zəhmətindən xəbər verir. Əlbəttə ki, rayon rəhbərliyi bilavasitə xalqa xidmətdən şərəf duyursa, xalqla daim ünsiyyətdə olursa o rayonda ancaq yaxşı əməllərin şahidi olmaq olar. 

Birmənalı olaraq deyə bilərik ki, bu gün Goranboyda mövcud olan bu təşəbbüskar və yaradıcı mühit, sağlam mənəvi-psixoloji ab-hava ilk növbədə Raqyon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyevin fəaliyyətinin nəticəsidir.

Goranboyda azad sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, bu sahədə yaradılmış münbit və əlverişli şərait, tərəqqinin qarşısını ala biləcək süni maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən əsaslı və ardıcıl tədbirlər xüsusilə diqqəti cəlb edir. 

Təsadüfi deyil ki, son vaxtlar rayonumuzda müxtəlif təyinatlı özəl müəssisələrin sayı xeyli artmışdır. Bu da onu götərir ki, ölkə başmısının azad sahibkarlığın inkişafına verdiyi önəm rayon rəhbərlioyi tərəfindən düzgün qiymətləndirilir və həyata keçirilir.

 Şəhid və qazilərə, onların ailələrinə göstərilən diqqət, insanların sosial problemlərinin həlli üçün bütün imkanların səfərbər edilməsi dövlət qulluqçuları üçün bir prioritetə çevrilmişdir. İnssanlar yaxşını pisdən ayırmağı bacarır. Necə deyərlər, xalqın gözü tərəzidir.

Bu qeyd etdiklərim ilk növbədə Məhərrəm müəllimin insan amilinə verdiyi qiymətdən, ulu öndər Heydər Əliyev ideyalarına sədaqətdən irəli gəlir.


Bu gün xalqa xidmət kimi şərəfli bir işlə məşğul olan dövlət qulluqçularının bayramıdır. 

Bu bayram münasibətilə Məhərrəm müəllim Quliyev başda olmaqla Goranboy rayonunda çalışan bütün dövlət qulluqçularını peşə bayramı münasibətilə sahibkarlar adından təbrik edir, onlara bu müqəddəs vəzifələrini yerinə yetirməkdə uğur diləyir, doğma rayonumuzun abadlaşdırılmasında əzmkarlıq və möhkəm cansağlığı arzulayıram.

Bayramınız mübarək!


Rüstəm Nağıyev,

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Goranboy rayon nümayəndəliyinin sədri



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar