Xəbər lenti

İmişli rayon Yuxarı Qaralar kəndində vətəndaşlarla səyyar görüş keçirilib - FOTO 0

Tarix: 23-06-2023 17:08     Baxış: 2 485

Yuxarı Qaralar kəndində vətəndaşlarla səyyar görüş keçirilib.

 Yerlərdə vətəndaşların müraciətlərinə baxılması məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşünü ötən gün rayonun Ölcələr, Soltanmuradlı və Yuxarı Qaralar kənd sakinləri ilə keçirib. 

Mubarizciler.az-ın məlumatına görə, Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.      

Qəbulu giriş sözü ilə açan icra başçısı prezident cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması istiqamətində məmurların yerlərdə insanlarla üzbəüz dialoq qurmasının önəmini vurğulayıb. 

Sonra sakinlərin qaldırdıqları müraciətlər həssaslıqla dinlənilib, irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi istiqamətində aidiyyəti təşkilatlara tapşırıq və göstərişlər verilib. Sakinlər hər kəsin fikir və istəklərini sərbəst söyləyə bildikləri üçün yaradılan şəraitə görə təşəkkürlərini ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar