Xəbər lenti
25-07-2026, 19:27
 

İcra Başçısı vətəndaş müraciətini dinlədi - FOTO 0

Tarix: 22-06-2023 12:10     Baxış: 3 248

Goranboyda İcra Başçısı  səyyar qəbul zamanı vətəndaşlar tərəfindən  ünvanlanan müraciətlərin yerində araşdırılması məqsədi ilə  Zeyvə kəndində oldu.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərlə birgə,  təbii fəlakət zamanı selin yaratdığı   fəsadlarla bağlı, səyyar qəbul zamanı vətəndaşlar tərəfindən  ünvanlanan müraciətlərin yerində araşdırılması məqsədi ilə  Zeyvə kəndinin  ərazisindən keçən Qaraçay çayı yatağı boyunca yerləşən fərdi təsərrüfatlara baş çəkdi, mövcud vəziyyətlə yerində tanış oldu.

Mubarizciler.az xəbər verir ki,  İcra Başçısı, sel zamanı ətrafda yerləşən fərdi yaşayış evlərinə, həyatyanı  və əkin sahələrinə gələcəkdə ehtimal oluna biləcək təhlükələrin əvvəlcədən qarşısının alınması, sakinlərin çay üzərində hərəkətini  təmin edən mövcud körpünün yenidən və əsaslı qurulması, bu məqsədlə lazımi tədbirlərin görülməsi ilə bağlı, bir qrup kənd sakinlərinin də iştirakı ilə müzakirələr apardı.

 Qeyd olunan məsələlərlə bağlı, müvafiq tapşırıq və tövsiyyələr verildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar