Xəbər lenti

İmişlidə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib - FOTO 0

Tarix: 21-06-2023 18:37     Baxış: 1 939

İmişlidə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.

 İyunun 21-də İmişli rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş, “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib. 


Mubarizciler.az-ın məlumatına görəKonfransda şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Rəhim Süleymanov və Qaçay Qarayev, Vətən müharibəsi qaziləri, çağırış yaşlı gənclər və rayon ictimaiyyəti iştirak ediblər.


Konfrans başlamamışdan öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 


Çıxış edənlər müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrünün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Vurğulanıb ki, rəşadətli Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Konfransda həmçinin Azərbaycan Ordusunun qısa müddət ərzində keçdiyi böyük inkişaf yolundan bəhs edilib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən söz açılıb. Konfransın sonunda xatirə şəkilləri çəkdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar