Xəbər lenti
25-07-2026, 19:27
 

Naftalan Şəhər İcra Hakimiyyəti müasir “Situativ Mərkəz” haqqında təqdimata dair videokonfransda iştirak edib - FOTO 0

Tarix: 21-06-2023 18:04     Baxış: 3 794


Naftalan ŞİH müasir “Situativ Mərkəz” haqqında təqdimata dair videokonfransda iştirak edib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənd şəhərində fəaliyyət göstərən “Situativ Mərkəz”in fəaliyyəti haqqında təqdimata dair videokonfrans təşkil olunub.

Mubarizciler.az-ın məlumatına görə, Videokonfransda İqtisadiyyat Nazirliyininin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ŞİH-nin məsul əməkdaşları həmçinin Özbəkistan tərəfini təmsil edən mütəxəsislər iştirak ediblər.

Videokonfransın keçirilməsində məqsəd pilot layihə kimi bu cür mərkəzlərin Naftalan və Şəki şəhərində yaradılması imkanlarının müəyyən edilməsidir. 

Videokonfrans diskussiya şəraitində keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Görüş, sistemin daha ətraflı müzakirəsi üçün Daşkenddə üz-üzə keçirilməsi təklifi ilə sona çatdı.

Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Situativ Mərkəz” müasir texnologiyalar əsasında yaradılıb və geniş imkanlara malikdir. Mərkəz real vaxt rejimində monitorinq aparmağa və insidentlərə operativ reaksiya verməyə, şəhərin inkişafı üçün təhlil və qərarların qəbulunu sürətləndirməyə imkan verir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar