Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

İcra başçısı İmişli rayon Xoşçobanlı kəndində vətəndaşların səyyar qəbulunu keçirib - FOTO 0

Tarix: 21-06-2023 00:40     Baxış: 3 234

Xoşçobanlı kəndində keçirilən səyyar qəbulda vətəndaşların müraciətləri dinlənilib 

 Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbul-görüşünü təsdiq edilmiş qrafikə uyğun olaraq iyunun 20-də rayonun Xoşçobanlı kəndində keçirib.

Mubarizciler.az xəbər verir ki, Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər.    

  Qəbul başlamamışdan öncə icra başçısı çıxış edərək səyyar qəbul-görüşlərin keçirilməsinin mütəmadi hal aldığını qeyd edib. Eyni zamanda ölkə prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırıb. Sonra qəbulda səmimi söhbət aparılaraq sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib. Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar